Nazir dini tədrislə bağlı məsələyə aydınlıq gətirdi


18:40     07 May 2019 2018/04/ceyhun-bayramov_1524644015.jpg

“Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən din fənnin tədrisi nəzərdə tutulmayıb".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi din tədrisi deyil.

“Müxtəlif dinlərə bağlı olaraq məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" fənnində rast gəlmək mümkündür. Azərbaycanda orta məktəblərdə dinin tədrisinə dair yeni fənnin tədrisi nəzərdə tutulmayıb".

Femida.az

Açar sözlər:

Oxunub: 325