Səfirlik Moskvada erməni təxribatının qarşısını aldı
20:47 07 May 2019
Azərbaycanın Rusiyadakı səfirliyi Moskva Dövlət Universitetində (MDU) erməni təxribatının qarşısını alıb.
Femida.az-ın azvision.az-a istinadən məlumatına görə, səfirlikdən bildirilib ki, son günlər sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb.
Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib. Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib.
Həmçinin vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib.
Femida.az
Oxunub: 401
Oxşar xəbərlər
- Səfirlik Ukraynadan Polşaya gələn azərbaycanlılara müraciət edib
- Səfirlik Türkiyədə oxuyan tələbələrə müraciət edib
- Səfirlikdən Zərifin Bakı səfəri ilə bağlı açıqlama
- Səfirlik Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib
- Səfirlik Dağıstanda tutulmuş 10 Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb
- Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb
- Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi
- Səfirlikdən təkzib: “İrandan Azərbaycana atəş açılmayıb”
- Səfirlik Almaniyada yaşayan azərbaycanlılara çağırış edib
- Səfirlik azərbaycanlı tələbənin qətli ilə bağlı məlumat yaydı