Çində məscidlər sökülür
21:51 07 May 2019
2016-cı ildən etibarən Çinin Sincan Uyğur Muxtar Bölgəsində 20-dən artıq məscid və İslam dininə aid müxtəlif tikili tamamilə və ya qismən sökülüb.
Femida.az “The Guardian”a istinadən xəbər verir ki, peyk fotoşəkilləri vasitəsilə 100 məscid və ziyarətgahın xəritələrdə yeri yoxlanılıb.
Araşdırılan 91 tikili arasında 31 məscid və 2 mühüm ziyarətgahın, o cümlədən Təkləməkan səhrasındakı Hotan şəhəri yaxınlığında yerləşən və hələ ötən ilə qədər uzaq bölgələrdən də zəvvarların kütləvi şəkildə ziyarət etdiyi, həmçinin sufi mərasimlərinin icra olunduğu İmam Asim xanəgahı, yaxud zəvvarların səhrada 70 kilometr yol qət etməklə ziyarət etdikləri Cəfəri Sadıq piri kimi müqəddəs sayılan yerlərin 2016-2018-ci illər ərzində zədələndiyi və ya dağıdıldığı ortaya çıxıb.
Foto şəkillərindən 15 məscid və 2 ziyarətgahın bütövlüklə söküldüyü bəlli olur. Digər zədələnmiş məscidlərin qübbələri, minarələri, yaxud avluları sökülüb.
Femida.az
Oxunub: 379
Oxşar xəbərlər
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib
- Çində güclü leysan-73 ölüm
- Çində yanğın 14 nəfərin ölümünə səbəb oldu
- Çində avtobusla yük maşını toqquşub, ölənlər var
- Çində metro su ilə doldu, ölənlər və yaralılar var
- Çində partlayış zamanı 11 nəfər ölüb, 144 nəfər yaralanıb
- Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb
- Çində kömür mədənində partlayış olub, ölən var