Moskvada yanan təyyarənin qara qutusu açıldı
22:11 07 May 2019
Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.
Rusiya mətbuatının hadisənin təhqiqat qrupuna yaxın mənbələrə əsasən yayığı xəbərə görə, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb.
Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib. Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.
Mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub. (AzərTac)
Oxunub: 463
Oxşar xəbərlər
- Moskvadan müharibənin gedişatını dəyişəcək qərar
- Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Moskvada azərbaycanlı avtoritetə qarşı ittiham irəli sürülüb
- Moskvada yeni temperatur rekordu
- Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb
- Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib
- Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı - VİDEO
- Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı
- Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu