Hazırda duman var - Gündüz hava necə olacaq?


09:09     08 May 2019 2019/05/09-08-48-toz_dumani_1557292223.jpg

Hazırda paytaxtda duman müşahidə olunur.

Bu gün ölkə ərazisində gözlənilən hava şəraitinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-29, Bakıda 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aranda 27-32, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Açar sözlər:

Oxunub: 401