Bağlı qalmış 26 cinayətin üstü açıldı - 27 nəfər saxlanılıb
10:24 08 May 2019
2019-cu il may ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldılar
- Bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldı
- Bağlı qalan 7 cinayətin üstü açıldı - RƏSMİ
- Bağlı qalmış 21 cinayətin üstü açıldı
- Bağlı qalan 14 cinayətin üstü açıldı - RƏSMİ
- Bağlı qalmış 32 cinayətin üstü açıldı - 13 nəfər saxlanılıb
- Bağlı yollar açıldı
- Bağlı qalmış 21 cinayətin üstü açıldı
- Bağlı qalmış 8 cinayətin üstü açıldı - 20 nəfər saxlanılıb
- Bağlı qalmış 20 cinayətin üstü açılıb