DSX rəisi Ermənistanla təmas xəttində - FOTO


11:38     08 May 2019 19_05_08_1557301179.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.


Bu barədə Femida.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.



Femida.az

Açar sözlər: #DSX   #sərhəd  

Oxunub: 324