"Obyektimin qabağında dayanma" - Övladları tərəfindən atılan qocanı alçaltdılar (VİDEO)


12:03     08 May 2019 2019/05/qoca-qadin_1557303946.jpg


Ötən gün Bakıda Əlövsət Quliyev küçəsində yaşlı qadın həmin ərazidə yerləşən obyekt sahibi tərəfindən aşağılanıb. Femida.az xəbər verir ki, hadisə vaxtı orada olan vətəndaşlardan biri hadisənin müəyyən hissələrini video görüntüyə alaraq redaksiyamıza göndərib.


Vətəndaşın məlumatına görə, yaşlı qadın əlində sumkalarla evinə doğru gedərkən yorulub və bir qədər dayanaraq dincəlmək istəyib. Bu zaman ərazidəki kafenin sahibi qadına bildirib ki, obyektin qabağında dayanmasın və oradan uzaqlaşsın. Sahibkarın bunu kobud şəkildə etməsi və qadını qovması ətrafdakı vətəndaşların narazılığına səbəb olub. Onlar həmin kafenin sahibini qadınla kobud davranışına görə qınayıblar. Nəticədə kiçik insident yaşanıb.



Daha sonra qadın bildirib ki, o çox kasıb vəziyyətdə yaşayır, buna görə də ətrafdakı adamlar onu xoşlamır. Qadın qızı ilə yaşadığını, bəzən ac qaldıqlarını, evin kirayə pulunu ödəyə bilmədiklərini deyib. 85 yaşlı qadının sözlərinə görə, 2 oğlan övladı gənc yaşlarında onu atıb Rusiyaya gedib və rusiyalı qadınlarla evlənib orada qalıb. Daha sonra oğlan övladlarının hər ikisi orada vəfat edib. İndi qızı ilə kasıb həyat yaşayır və utanaraq dilənçilik etdiyini bildirir.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #qadın   #Bakı   #yaşlı   #qoca   #video   #femida   #vətəndaş   #kasıb  

Oxunub: 3844