Beyləqanda zəncirvari qəza - 1 ölü, 2 yaralı
13:49 08 May 2019
Ötən gün Beyləqan rayonunda avtomobil qəzası baş verib.
Femida.az xəbər verir ki, hadisə rayonun Gödəklər kəndi ərazisində qeydə alınıb. Belə ki, Xocavənd rayon sakini V. Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M. Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub. Avtomobil İdarəetməni itirdiyindən əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ. Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.
Nəticədə V. Novruzovun sərnişini - Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən dünyasını dəyişib. Sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb
- Beyləqanda sevgilisinin qətlini sifariş edən qadın kassasiya şikayəti verib
- Beyləqanda azyaşlı yanaraq ölüb
- Beyləqanda külli miqdarda narkotik vasitə aşkarlanıb