Sabirabadda 2 otaqlı ev yanıb


14:15     08 May 2019 yangin_38673636.jpg

Sabirabadda 2 otaqlı ev yanıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Qasımbəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin hamam otağının lambirindən ibarət tavanı 12 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 298