Azərbaycan səhiyyəsində yenilik: Xəstələrə xüsusi qolbaq paylanıldı


15:02     08 May 2019 19_05_08_1557313407.jpg

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

Femida.az Səhiyyə Nazirliyi Mətbuat Xidmətinə istinadən xəbər verir ki, xəstəxanada xəstələrə "Ağıllı xəstə qolbağı” paylanılıb.

Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan "ESİM Yazılım” şirkətinin "OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

Açar sözlər:

Oxunub: 454