“Azercell” 41 manata görə məhkəməyə müraciət etdi - İddiası geri qaytarıldı


15:31     08 May 2019 2019/05/Azercell_Plaza_1557315399.jpg


“Azercell Telekom” MMC "Datasell" QSC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 41 manat 05 qəpik abunə və xidmət haqqının, 20 manat dövlət rüsumunun və ümumilikdə isə 61 manat 05 qəpik vəsaitin tutulması barədə tələb irəli sürüb.

Məhkəmədə elan olunub ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdə iddiaçı qeyd edilən məsələ ilə bağlı "Datasell" QSC-yə pretenziya qaydasında müraciət etməli olduğu halda, bunu etməyib, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozub.

Məhkəmənin qərarı ilə sənədlər geri qaytarılıb. (Report)

Femida.az

Açar sözlər: #azercell   #məhkəmə  

Oxunub: 603