Bakıda qadın ərinin başına qaz balonu çırparaq öldürdü


16:25     08 May 2019 19_05_08_1557318356.jpg

Ərini öldürməkdə təqsirləndirilən 25 yaşlıTünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az "ölkə.az"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan 28 yaşlı Nazim Vəliyev işdən evə qayıdandan sonra həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə ailədaxili məsələ üstündə mübahisə edib.

Mübahisə o həddə çatıb ki, Tünzalə Vəliyeva Nazim Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə Nazim Vəliyev yerə yıxılıb.

Hirsi soyumayan qadın huşsuz vəziyyətdə yerdə qalan həyat yoldaşının başına bu dəfə qaz balonunu bir neçə dəfə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.

Səsə gələn qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə Sabunçu rayon polis və prokurorluq əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən Tünzalə Vəliyeva saxlanılaraq istintaqa cəlb edilib.

Məlumata görə Nazim Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. Ər və arvadın birgə nikahdan isə iki azyaşlı övladı var.

Açar sözlər:

Oxunub: 348