Yeni açılacaq "ASAN xidmət"lərə işçi qəbulu başlayır


16:40     08 May 2019 19_05_08_1557319331.jpg

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yeni açılacaq “ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlərə müraciət edib.


Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.

Müsahibəyə hazırlaşarkən DİM-in internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.

Femida.az

Açar sözlər: #ASAN  

Oxunub: 1023