DİQQƏT! Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq


16:47     08 May 2019 19_05_08_1557319700.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Femida.az -a verilən məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 296