Türkiyə şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək


17:01     08 May 2019 19_05_08_1557319972.jpg

Türkiyənin BMC şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək.


Bu barədə “AzeriDefence”ə Türkiyədə keçirilmiş İDEF-2019 sərgisində iştirak edən BMC şirkətindən məlumat verilib.

BMC-nin səlahiyyətli şəxsləri Azərbaycandan alınmış sifarişin sayı və sifariş verilən zirehli maşınların modelləri barədə açıqlama verməyiblər.

Maşınların sifarişçisi Azərbaycanın güc strukturlarından biridir.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunda BMC şirkətinin 4×4 və 6×6 təkər formullu yük maşınları istifadə olunur.

BMC-nin minaya qarşı qorumalı nəqliyyat vasitələrinə “Kirpi”, “Amazon”, “Vuran” kimi modellər daxildir.

Xatırladaq ki, ötən ilin sonlarında BMC Bakı Nəqliyyat Agentliyi ilə də 300 ədəd avtobusun alqı-satqısına dair müqavilə bağlayıb.

Açar sözlər:

Oxunub: 343