Pulsuz hüquqi yardım göstəriləcək - Cənub bölgəsində yaşayanların DİQQƏTİNƏ!

Pulsuz hüquqi yardım göstəriləcək - Cənub bölgəsində yaşayanların DİQQƏTİNƏ!


17:20     08 May 2019 19_05_08_1557321793.jpg

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Femida.az -a Vəkillər Kollegiyasından daxil olan məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 11 may 2019-cu il tarixdə, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.

Açar sözlər:

Oxunub: 124


Oxşar xəbərlər