Prezident israilli həmkarını təbrik etdi


17:43     08 May 2019 19_05_08_1557323046.jpg


Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə təbrik məktubu göndərib.


Femida.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər: #İsrail  

Oxunub: 286