Ötən il Azərbaycanda 64 ixtira olub


18:56     08 May 2019 19_05_08_1557323393.jpg


Ötən il Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur.

Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, olardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Femida.az

Açar sözlər:

Oxunub: 418