DİM müsahibələrin keçirilmə qrafikini müəyyən edib
20:50 08 May 2019
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən Femida.az -a verilən məlumata görə, elan üzrə 3 dövlət orqanında mövcud olan 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 5 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ “ASAN xidmət” mərkəzinin uçot sektorunda baş məsləhətçi - mühasib (1 vakant yer üzrə 6 namizəd), Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzinin uçot sektorunda sektor müdiri - baş mühasib (1 vakant yer üzrə 5 nəfər) vəzifələri olub.
Müsahibələrin mayın 15-dən 27-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=259 linkindən əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir