Müəllim olmaq istəyənlərin nəzərinə - Sınaq imtahanı keçiriləcək


20:52     08 May 2019 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 393