Xəzərdəki partlayışda 14 nəfər yanıb - Saipemdən AÇIQLAMA


09:07     09 May 2019 2019/05/FB_IMG_1557378820392_1557378836.jpg


Ötən gün Xəzər dənizindəki gəmidə baş verən partlayışla bağlı ən son məlumat yayılıb.

Femida.az xəbər verir ki, bu barədə gəmini "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndən icarəyə götürmüş Saipem şirkəti məlumat yayıb.

Açıqlamanı diqqətinizə çatdırırıq:

"Saipem şirkəti təəssüflə xəbər veriri ki, 8 may, 18:30 radələrində Saipem şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı 14 (on dörd) nəfər müxtəlif dərəcli yağın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılıb. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdIrIlIb. Saipem şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır.

Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Xəzər   #gəmi   #partlayış  

Oxunub: 753