Səfər Mehdiyev türkmənistanlı nümayəndə heyəti ilə görüşdü
16:18 09 May 2019
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Femida.az xəbər verir ki, Səfər Mehdiyev görüşdə iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
Komitə sədri son illərdə prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir. Komitə sədri nəqliyyat-tranzit dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanla-Türkmənistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin gömrük orqanlarının qarşılıqlı olaraq qabaqcıl təcrübə və məlumat mübadiləsinini gücləndirəcəyinə əminliyini ifadə edib.
Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyev ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin möhkəmlənməsi, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilmsi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Femida.az
Oxunub: 305
Oxşar xəbərlər
- Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
- Səfərbərliyə çağırılmış vətəndaşların tərxisi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA