Prezident birinci xanımla Arif Məlikovun vida mərasimində
17:00 09 May 2019
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti, tanınmış bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edirlər.
Femida.az xəbər verir ki, mərasim Bakı Musiqi Akademiyasında keçirilir.
Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov da qatılıblar.
Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.
Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub. Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib