Kürdlər Ermənistanla sərhəddi açmaq istəyir


16:11     31 Oktyabr 2015 selahattin-demirtas-kurdistanin-dort-parcasinda-ozgur-olacagiz_906854_720_400.jpg

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) Ermənistanla sərhədi açmağa hazırdır.


Bu barədə HDP-nın seçki proqramında qeyd edilir.

Müxalifət patiyası Ermənistanla iqtisadi, siyasi və diplomatik əlaqələrin qaydaya salmağın mümkün olduğunu bildirir.

Digər tərəfdən isə Türkiyənin erməni icmasının nümayəndələri HDP ilə sıx əməkdaşlıq edir. İyun ayında keçirilən parlament seçkilərində HDP–də əsas rollardan birini oynayan erməni Qaro Paylan millət vəkili seçildi.

Bu partiya Türkiyədə iqtidara qarşı kəskin tənqidləri ilə fərqlənir. Türkiyə höküməti HDP-nı PKK terror təşkilətı ilə əlaqədə günahlandırır. Bu səbəbdən hökümətlə partiya arasında daima gərgin münasibətlər hökm sürür.

İyulun 7-də Türkiyədə keçirilən parlament seçkilərində sürpriz partiyası olan HDP yaradıldığı tarixdən bəri 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258, CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur. Məclis 550 deputatdan formalaşır.

Hakim partiya yetərli səsi toplamadığı üçün partiyalar arasında koalisiya qurulması gündəmə gəlir.

Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb. 7 iyun parlament seçkilərində ən çox səs toplamış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə iştirak edən digər partiyalarla görüşlər keçirdilər. Amma koalisiya qurulması barədə heç bir razılıq əldə edilməyib.

Açar sözlər:

Oxunub: 1035