Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb


10:14     10 May 2019 qiz-bicaq.jpg

Dünən axşam saatlarında şəhərin sağ sahil yaşayış massivində naməlum şəraitdə 1981-ci il təvəllüdlü şəhər sakini Məmmədov Naib Emil oğlunu bıçaqlayaraq ona ağır xəsarət yetirən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata əsasən, cinayəti törədən şəxs 1985-ci il təvəllüdlü Fəqan Baxışovdur.

Qeyd edək ki, F. Baxışov Bərdə rayon sakinidir, amma hazırda Mingəçevirdə yaşayır. İlkin dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini şəxsi münaqişə zəminində törətdiyini etiraf edib.

Aldığı bıçaq zərbələrindən ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilən Naib Məmmədovun durumunun ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Femida.az

Açar sözlər: #Mingəçevir   #Bərdə  

Oxunub: 349