“Ruzigar”da bədbəxt hadisə - Təkər partladı, usta öldü


10:50     10 May 2019 laqonda.jpeg

Təkər təmiri sexində baş verən ölümlə bağlı cinayət işi açılıb.



Femida.az-ın məlumatına görə, Nərimanov rayonunda yerləşən “Ruzigar” kiçik müəssisəsinə məxsus yük avtomobillərinin təmiri qarajında işləyən, 1971-ci il təvəllüdlü Novruzbəyov Gülbala Siracəddin oğlu qarajda yük avtomobilinin təkərini təmir edərkən təkərin qəflətən partlaması nəticəsində ağır xəsarətlər alaraq hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 402


Oxşar xəbərlər