Erməni futbolçu Bakıdakı finala gətirilməyəcək

Erməni futbolçu Bakıdakı finala gətirilməyəcək


11:26     10 May 2019 19_05_10_1557472852.jpg


Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları qarşılşacaq.

Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, finalda "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryan forma geyməyəcək. 19 il aradan sonra Avropa Liqasının finalına yüksələn London klubu erməni oyunçunu Azərbaycan XİN icazə vermədiyi üçün Bakıya gətirə bilməyəcək.

Ermənistan mətbuatı bunu futbolçunun sırf erməni olması ilə əlaqələndirsə də, bu heç də həqiqətə uyğun deyil. Əgər belə olsa, 2015-cil Avropa Oyunları da daxil olmaqla Azərbaycanda keçirilən bir çox beynəlxalq idman turnirlərinə ermənilər buraxılmazdı.

Mxitaryan Azərbaycanın arzuolunmaz şəxsləri siyahısındadır ki, bu da əbəs yerə deyil. Belə ki, erməni futbolçu dəfələrlə Azərbaycan torpaqlarına qanunsuz səfər edib. Mxitaryan hələ 2009-2012-ci illərdə Ukraynanın "Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə bir neçə dəfə gedib. O, burada erməni ailələrinə yardımlar edib. Dağlıq Qarabağdakı separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu "xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.



Qeyd edək ki, Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib. Onun Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı sirr deyil.

Başqa bir mənbənin məlumatına görə osə, Mxitaryan 2012-ci ilin dekabrında Qarabağda olub. Həmin vaxt Henrix Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan başda olmaqla bir qrup federasiya rəsmləri ilə Dağlıq Qarabağa - Xankəndinə səfər edib. O, uşaq evində olub və müharibə zamanı Azərbaycan ordusuna qarşı vuruşmuş erməni veteranlarına öz şəxsi hesabına bir çox məişət avadanlıqları hədiyyə edib.

Qeyd edək ki, bu il Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Arsenal" Bakıdakı qarşılaşmaya Mxitaryanı gətirməmişdi. Lakin ötən ay ESPN nəşrinin məlumatında bildirilmişdi ki, "Arsenal" finala çıxarsa, Mxitaryanın Bakıya aparılması üçün Azərbaycan XİN və UEFA-ya müraciət edəcək.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA   #Arsenal   #Mxitaryan   #Qarabağ  

Oxunub: 697