Məhkuma işgəncə verilib? - Penitensiar Xidmətdən AÇIQLAMA

Məhkuma işgəncə verilib? - Penitensiar Xidmətdən AÇIQLAMA


12:09     10 May 2019 hebsxanamehkum3.jpg


Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhbusa işgəncə verilməsi ilə bağlı mətbuatda yayılan informasiyaya aydınlıq gətirib.


Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Femida.az-a verilən xəbərə görə, yayılan məlumatlar real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir: "Azadlıg.info informasiya portalında “Məhbusu ayaqlarından asaraq döyüblər” sərlövhəli məqalə dərc edilmişdir. Məqalə müəllifləri özünü hüquq müdafiəçisi kimi təqdim edən Oqtay Güləliyevə istinadən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı işgəncə hallarının artması, Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Eldəniz Quliyevə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərin edilməsi haqqında həqiqətdən tamamilə uzaq məlumat dərc etmişlər. Penitensiar xidmət bildirir ki, həmin məqalədə göstərilənlər real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir. Belə ki, Xidmətin tabe qurumlarında saxlanılan məhkumların və həbs edilmiş şəxslərin hüquqları və qanuni mənafeləri etibarlı qorunur. Eyni zamanda, müxtəlif dövlət, yerli və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında monitorinq və yoxlamalar aparılır, məhkumlar təklikdə qəbul edilir və hər-hansı bir işgəncə halı aşkar olunduqda bu fakt mütləq müvafiq sənədlərdə əks olunur". Qeyd olunub ki, 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum E.Quliyev səhhətində bəzi problemlər olduğundan dəfələrlə müayinə üçün Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilib və onun müalicəsi üçün peşəkar tibbi mütəxəssislər cəlb edilib: "Sonuncu dəfə məhkum cari ilin aprel ayında müalicə kursu keçmiş və cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Həm məhkum Eldəniz Quliyev, həm də digər səhhətində problemi olan məhkumlar istər Xidmət əməkdaşları, istərsə də tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bununla belə, Penitensiar müəssisələrdə daxili intizam qaydalarına cəza çəkənlər tərəfindən ciddi riayət olunmalıdır. Bu tələbləri pozmağa cəhd edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq olunur və dərhal sənədləşdirilir".

Penitensiar xidmət insan hüquq və azdlıqlarının müdafiəsi ilə məşğul olmağa təşəbbüs göstərən şəxslərin yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bir daha nəzərə çatdırır.

Açar sözlər: #məhkum  

Oxunub: 244