“6 nəfər Vəkillər Kollegiyasından xaric olunub”


12:15     10 May 2019 2019/05/575cd529e77007d_1557476217.jpg


“Cənab Prezidentin “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanı vəkilliyə böyük təsir göstərib. Həmin fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin paylanması, ayrılması bilavasitə Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına verilib”.


Femida.az -ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bununla bağlı Vəkillər Kollegiyası sənəd təqdim edib və Ədliyyə, Maliyyə nazirlikləri ilə birgə təkliflər paketi hazırlanıb: “Ən qısa müddətdə Nazirlər Kabineti qərar qəbul edəcək. Bununla da vəkilliyin maliyyə müstəqilliyi tam təmin ediləcək”.

A.Bağırov qeyd edib ki, keçən il ərzində vəkillərin davranışı ilə bağlı 500-dən çox şikayət Vəkillər Kollegiyasına daxil olub: “Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən olub. Keçən il 6 nəfərin Vəkillər Kollegiyasından xaric olunması barədə qərar qəbul edilib. Onların 5 nəfəri 6 aydan çox müddətdə üzvlük haqlarını ödəməməyə görə, 1-i isə vətəndaşın şikayəti əsasında Vəkillər Kollegiyasından xaric edilib”.

Açar sözlər:

Oxunub: 1239