ABŞ-da arvadını öldürən azərbaycanlı intihar etdi


12:25     10 May 2019 19_05_10_1557476789.jpg


ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirməkdə təqsirli bilinən Fuad Paşayev saxlanıldığı təcridxanada ölü tapılıb.

Femida.az azvision.az-a istinadən ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 6-da gecə saat 23:00 radələrində baş verib.

Belə ki, onun ifadəsini almaq üçün aparamağa gələn təcridxana əməkdaşları Fuadı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, F.Paşayevin intihar etdiyi məlum olub.

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli biliblər. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.

Tatyana Qujva yanvarın 3-də polisə müraciət edərək bildirib ki, Paşayevin onu öldürəcəyindən qorxur. O deyib ki, üç il birlikdə yaşayıblar və bütün bu müddət ərzində Paşayev alkoqollu içkilər qəbul edərək, həyat yoldaşını döyüb.



Femida.az

Açar sözlər: #intihar   #ABŞ  

Oxunub: 462