"Emil 444" ilə birgə bıçaqlanan şəxs xəstəxananı tərk edib


12:36     10 May 2019 2019/05/1557475647_1_1557477424.jpg

Paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Femida.az Unikal.org-a istinadən xəbər verir ki, həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib.

Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib.

Açar sözlər:

Oxunub: 1359