Sumqayıtda maşından 15 min manata yaxın pul oğurlandı


12:36     10 May 2019 masin_ogrusu_018.jpg


Sumqayıt şəhərində yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şəhər ərazisində “DAF” markalı yük avtomobilindən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Maşın  

Oxunub: 359