Bir gündə 36 nəfər saxlanıldı - DİN məlumat yaydı
14:38 10 May 2019
Mayın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 276
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb