Azad Rəhimov İrana gedir


14:41     10 May 2019 azad%20r.jpg

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun başçılığı etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.


Bu barədə Femida.az-a İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Mandana Rəsuli məlumat verib.

“Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimovun Tehrana səfər çərçivəsində iranlı həmkarı və Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşü nəzərdə tutulub. Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Namiq Novruzov və İdman Departamentinin rəisi Aydın Məhəmmədov bu səfərdə nazirə müşaiyət edəcəklər. Azərbaycan heyətinin Tehrana səfəri 12 may 2019-cu il səhər saatlarında başlayacaq, elə həmin gün saat 11:00-da Məsud Soltanifərlə və saat 13:00-da Rza Salehi Əmiri ilə görüş nəzərdə tutulub".

Qeyd edilib ki, Azad Rəhimovun 12 may tarixində Azadlıq İdman Kompleksinə baş çəkəcəyi gözlənilir.

Femida.az

Açar sözlər: #İdman   #Nazir   #Gənclər  

Oxunub: 364