Evlənmək istəyən 24 nəfərdə HİV, 290 nəfərdə talassemiya AŞKARLANDI


15:00     10 May 2019 evlenmek%20qics.jpg


2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.

Femida.az xəbər verir ki, bu barədə modern.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb.

“Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:

“19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Femida.az

Açar sözlər: #evlilik   #HİV  

Oxunub: 607