Ali Məhkəmə qəzet rəhbərinin cəzasını azaldıb


15:03     10 May 2019 2018/04/ali_mehkeme_414_1524073621.jpg

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Minadi Mikayılovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az Report-a istinadən xəbər evrir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Mikayılovun kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 6 il (cəzaları birləşdirilib) müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş M.Mikayılov 2013-cü ilin yay ayları ərzində “Elin sözü” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib. Belə ki, o, bu məqsədi ilə tanışı - Sumqayıt şəhər sakininə özünü yüksək vəzifəli şəxslər ilə yaxın dostluq münasibətlərinin olmasını bildirib.

M.Mikayılov Sumqayıt şəhəri ərazisində olan zavodların birinin ərazisində uzun müddət istifadəsiz qalmış 134 ədəd aliminium materialdan olan çənlərin əldə edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verərək, həmin şəxsdən ümumilikdə 23 min dollar pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mikayılov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzası 8 ildən 6 ilə endirilib.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hökm   #Hakim  

Oxunub: 444