Nəqliyyat qovşağından istifadə artıq ödənişlidir


15:17     10 May 2019 2019/05/15553-1557484678_1557487122.jpg

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində istifadəyə verilən Nəqliyyat qovşağından avtomobillərin istifadəsi artıq ödənişlidir.


Bu barədə Femida.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, qovşaq ərazisində parkomatlar quraşdırılıb.

“Nəqliyyat qovşağından avtomobillərin istifadəsinə görə taariflər avtovağzalın digər giriş-çıxış hissəsində olduğu kimidir. Avtomobillərin qaldığı müddətə əsasən ödəniş olunmalıdır”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər.

Femida.az

Açar sözlər: #Avtovağzal   #Qovşaq  

Oxunub: 483