Ermənistan Rusiyadan 12 döyüş təyyarəsi alır


15:50     10 May 2019 19_05_10_1557489004.jpg


Ermənistan Rusiyadan Su-30SM döyüş təyyarələri almağa hazırlaşır.

Femida.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin baş naziri Nikol Paşinyan məlumat verib. O, bildirib ki, artıq bu bilinən məlumatdır və açıqlamaqda problem görmür.

Ermənistanın 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində Rusiyadan ilkin mərhələdə 4 döyüş təyyarəsi almağı planlaşdırır. Ümumilikdə isə Rusiya Ermənistana 12 təyyarə satacaq. Rusiya bu təyyarələri Ermənistana faizsiz kreditlə verəcək.

Xəbəri şərh edən bəzi politoloqlar bunu Azərbaycana cavab olaraq dəyərləndiriblər. Belə ki, ordumuz Rusiyadan yox, Türkiyə, İsrail, Pakistan və Belarusdan silah almağı üstün tutmuşdu.

Xatırladaq ki, Ermənistan 2017-ci ildə də Rusiyadan kreditlə 100 milyon dollarlıq silah almışdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #silah   #təyyarə  

Oxunub: 838