Avtovağzalda yeni pulsuz xidmət yaradıldı


15:55     10 May 2019 19_05_10_1557489934.jpg


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

Kompleksin mətbuat katibi Pərvin Məmmədova Femida.az-a bildirib ki, sərnişinlərin avtovağzal ərazisində yüklərini arabalar vasitəsi ilə daşıya biləcək:

"Bu xidmət vasitəsi ilə sərnişinlər yüklərini bir yerdən başqa yerə pulsuz şəkildə daşıya bilər. Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib. Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir".

P.Məmmədova qeyd edib ki, hazırda 20 araba mövcuddur və bir neçə günə onların sayı artırılacaq.





Femida.az

Açar sözlər: #avtovağzal  

Oxunub: 605