Xələf Xələfov: "Gürcüstan tərəfilə görüşümüz gələn həftə olacaq"


16:53     10 May 2019 xelef%20xlefov.jpg

“Gürcüstan tərəfilə görüşümüz gələn həftə keçiriləcək”.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Sərhəd məsələsi dövlət səviyyəsindəki mühüm məsələdir. Gürcüstan tərəfilə bu məsələ ilə 1996-cı ildən məşğuluq. Hərtərəfli danışıqlar gedir, artıq sərhədin 2/3 hissəsi müəyyənləşdirilib. Gələn həftə Gürcüstandakı komissiyanın yeni təyin olunan rəhbərilə görüşümüz nəzərdə tutulur. Həmin görüşdə növbəti iclasın tarixi və yeri təyin olunacaq”, - deyən nazir müavini Azərbaycanla Gürcüstan arasındakı sərhədin delimitasiyası barədə son vaxtlar səsləndirilən ziddiyətli bəyanatların hər iki ölkənin və xalqın mənafeyinə uyğun gəlmədiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 357