Mətbuat Şurasından Mədət Quliyevə MÜRACİƏT - Elmar Hüseynovun qətli ilə bağlı
17:00 10 May 2019
Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.
Bu haqda Femida.az-a Mətbuat Şurasından daxil olan məlumatda bildirilib.
Müraciətdə bildirilir ki, Şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları. toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar.
Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir:
“Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.
DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.
Femida.az
Oxunub: 843
Oxşar xəbərlər
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4 əldə etmək üçün 4 səbəb
- Samsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr ilə
- Keyfiyyətli səsə səyahət: Samsung Galaxy Buds2 Pro artıq satışdadır!
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!