Vəkillər Heydər Əliyevin məzarını ziyarət etdi


17:36     10 May 2019 19_05_10_1557493639.jpg


Vəkillər Kollegiyası Heydər Əliyevin 96 illiyi münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib.

Femida.az xəbər verir ki, bu il həm də Heydər Əliyevin bilavəsitə rəhbərlik etdiyi Hüquqi İslahat Komissiyasının hazırladığı “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən də 20 il ötür.

Azərbaycan vəkillərinin dərin minnətdarlığını bildirmək üçün mayın 10-də Vəkillər Kollegiyasının rəhbərliyi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri, Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyasının üzvləri Ulu Öndərin məzarı önünə əklil qoyub, əziz xatirəsinə ehtiramlarını bildiriblər.



Femida.az

Açar sözlər: #vəkil   #VK  

Oxunub: 526