Güləşçilərimiz Braziliyada yarışacaqlar


18:28     10 May 2019 19_05_10_1557494517.jpg

Mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Femida.az -a verilən məlumata görə, martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) ölkəmizi okeanın o tayında təmsil edəcək. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.

Xatırladaq ki, Portuqaliyada Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

Açar sözlər:

Oxunub: 422