Arvadına sataşdığı üçün dostunu öldürən şəxsə HÖKM OXUNDU


18:49     10 May 2019 19_05_10_1557495006.jpg


Qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib. Onların arasında mübahisə B.Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 491