Şəmkirdə iki maşın toqquşub: 4 yaralı


20:33     10 May 2019 qeza_yeni.jpg



Şəmkir rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 321