Bu rayona dolu düşdü - Hava kəskin dəyişir


21:23     10 May 2019 dolu7.jpg

Axşam saatlarında Balakən rayonuna dolu düşüb.

Milli hidrometeorologiya departamentindən Femida.az-a verilən məlumata görə, bu gün saat 20.00-a olan melumata əsasən Quba, Göygöl, Gəncədə yağış yağıb. Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20.02-dən-20.08-dək 6 dəqiqə ərzində dolu muşahidə edilib. Dolunun diametri 24 mm təşkil edir.

Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlə Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Femida.az

Açar sözlər: #hava  

Oxunub: 600