Qazaxda çörək sexi yanıb


21:40     10 May 2019 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Qazaxda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun İkinci Şıxlı kəndində ümumi sahəsi 280 kv.m olan birmərtəbəli tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) plastikdən ibarət üzlüyü, tavanı və divarında quraşdırılan taxta piştaxtalar 150 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 404