Prezident və xanımı Rasim Balayev ilə görüşdü - Fotolar
10:36 11 May 2019
Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb.
Femida.az xəbər verir ki, görüş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə baş tutub.
Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil.
Femida.az
Oxunub: 1691
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib