85 yaşlı qonşusunu kəlbətinlə öldürən şəxsə hökm oxundu


11:10     11 May 2019 19_05_11_1557558675.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az bildirir ki, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 85 yaşlı qəsəbə sakininin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlu tərəfindən qətlə yetirlidiyi məlum olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Sakit Mirzəyev günahını etiraf edib.
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.

Açar sözlər:

Oxunub: 432